Əsas məzmuna keç
Baku İPTVPREMIUM TELEVİZİYA
Cəmiyyət

Qələbəyə gedən yolda nələr yaşandı? – “Zəfərimiz xarici ölkələrdə dərsliyə salınıb”

Admin ·
Qələbəyə gedən yolda nələr yaşandı? – “Zəfərimiz xarici ölkələrdə dərsliyə salınıb”

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şaiq Məmmədov Baku TV-yə keçdiyi döyüş yolundan danışıb.

O bildirib ki, ordu sıralarına 1991-ci ildə qoşulub. 1992-ci ilin aprel ayında 239 saylı xüsusi təyinatlı batalyon formalaşdırılıb və ilk döyüş tapşırığı ilə Ağdərə rayonuna ezam olunublar.

Ş.Məmmədovun sözlərinə görə, döyüşlərin birində düşmənin atdığı minaatan mərmisi onun olduğu səngərə düşüb: “Həmin vaxt yanımda olan bir neçə əsgər şəhid oldu, mən isə ağır yaralandım”.

O vurğulayıb ki, 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı da səfərbərlik çağırışına qoşularaq döyüşlərdə iştirak edib və Azərbaycanın tarixi Zəfərinə şahidlik edib. Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurlar dünyanın müxtəlif dövlətlərinin diqqət mərkəzindədir:

“Bir çox ölkələr Azərbaycan Ordusunun döyüş təcrübəsinə böyük maraq göstərir. Ordumuzun qazandığı təcrübə artıq xarici ölkələrin hərbi dərsliklərində də istifadə olunur”.

BİR ADDIM DAHA YAXIN

Cihazınız hazırdır?
Qalanını birlikdə edək.

Proqramı quraşdırın, ekrandakı MAC və Key-i yazılı göndərin. Paket seçimi və aktivləşdirmə üçün bizə müraciət edin.

Şərh yaz

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WhatsApp dəstəyiMAC və Key-i yazılı göndərin