Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə – FOTO

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda ikinci turniri keçirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunmuş yarışda bir-birindən maraqlı qarşılaşmalar olub.
Əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M.Torresi nokaut edib.
Bakıdakı ilk UFC turniri 2025-ci ildə keçirilib.
Xatırladaq ki, “UFC Fight Night Baku” turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.
![]()
Cihazınız hazırdır?
Qalanını birlikdə edək.
Proqramı quraşdırın, ekrandakı MAC və Key-i yazılı göndərin. Paket seçimi və aktivləşdirmə üçün bizə müraciət edin.